Qızılağacda balıqları “tok“a verən şəxs saxlanıldı
Milli Parkın ərazisində elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.
Keçirilən tədbir zamanı Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində elektrik avadanlıqları ilə qanunsuz olaraq balıq ovlayan Lənkəran rayon sakini Eldəniz Niftullayev saxlanılıb. Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb. E.Niftullayevin təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır
Oxşar xəbərlər
Qızılağac Milli Parkının ərazisində balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb
Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupun...