Qəzada ölən sürücü vəzifəli şəxs imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Füzulidə yol-nəqliyyat hadisəsində həyatını itirən sürücünün Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğu müəyyənləşib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, qəza zamanı avtomobili ağaca çırpılaraq həyatını itirən 1999-cu il təvəllüdlü Sahil Quliyev ANAMA-nın Füzuli rayon bölməsində tədqiqat qrupunun rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, hadisə Füzuli rayonunun Molla Məhərrəmli kəndi ərazisində baş verib. Sahil Quliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi ağaca çırpılıb. Nəticədə, sürücü hadisə yerində ölüb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...