Qəzada dünyasının dəyişən polis zabitinin FOTOSU

Qəzada dünyasının dəyişən polis zabitinin FOTOSU
Foto
Hadisə 2136

Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS qəzada vəfat edən polis zabitinin fotosunu təqdim edir:

Qəzada dünyasının dəyişən polis zabitinin FOTOSU

Qəzada dünyasının dəyişən polis zabitinin FOTOSU

DİN-in Mətbuat xidmətindən bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.

Cavid İsmayılzadə Yevlax rayonundan yasdan qayıdırarkən qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir. O, əvvəllər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Bu ilin aprel ayında daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi polis mayoru Cavid İsmayılov tutduğu vəzifədən azad edilərək Nərimanov RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı

Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı

Naftalana istirahətə gələn kişi ölüb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən hotellərdən birində qeydə alınıb. Belə...

97 Hadisə 23:57 17 sentyabr 2026

Son xəbərlər