Qəbələdə iki qardaşdan silah-sursat götürülüb

Qəbələdə iki qardaşdan silah-sursat götürülüb
Hadisə 66

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində silah-sursat aşkar edilib.

Belə ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən iki ədəd nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngləri, yeddi ədəd patron, bir ədəd patron darağı, bir ədəd bıçaq və iki ədəd fənər götürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər