Qəbələdə ağır qəza: ATA ÖLDÜ
Qəbələdə avtomobil ağaca çarpılıb, ata ölüb, oğlu xəsarət alıb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Nic qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Oğuz rayonunun Kərimli kənd sakini, 1994-cü il təvəllüdlü Pərvin Əlövsət oğlu Əsgərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çarpılıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün atası 1963-cü il təvəllüdlü Bəylər Əlövsət oğlu Əskərov hadisə yerində ölüb. Qəza zamanı 28 yaşlı P. Əskərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oğuzda avtomobil ağaca çırpıldı: xəsarət alan var - FOTO
Oğuz rayonunda avtomobil ağaca çırpılıb, xəsarət alan var. BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun...