Qazılan xəndəyə avtomobil düşdü - VİDEO

Qazılan xəndəyə avtomobil düşdü - VİDEO
Video
Hadisə 1885
Yağışlı havada yolu yaxşı görməyən sürücü yol kənarında qaz borularının basdırılması üçün qazılan xəndəyə düşüb.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Nizami rayonu Tofiq Abbasov küçəsində baş verib. Sürücü Amin Abbasov deyir ki, bir gün əvvəl aldığı avtomobili ilə gecə evinə gedərkən yol kənarında qazılan xəndəyi görməyib. Sürücü qarşıdan avtomobil gəldiyindən dar küçədə nəqliyyat vasitəsini kənara çəkib. Elə hadisə də bu zaaman olub.Sürücü dərhal avtomobildən düşüb. O, mobil telefonun işığı ilə əraziyə baxdıqdan sonra müəyyən edib ki, qaz borusu üçün qazılan xəndəyə düşüb. Amin Abbasov iddia edir ki, ”Azəriqaz” istehsalat birliyinin əməkdaşları tərəfindən qazılan yolda təmirə dair heç bir xəbərdarlıq nişanı və təhlükəsizlik lenti olmayıb. Sürücü hətta səhər saatlarında əraziyə gələrək nişanın olmaması ilə bağlı telefonla da çəkiliş edib.Ərazidə qazıntı işlərini aparan ”Azəriqaz” istehsalat birliyinin iş icraçısı Bəhmən Babayev deyir ki, bir neçə vaxtdır qazıntı işləri aparılan yolda nişanlar və təhlükəsizlik lenti olub.Sürücü Amin Abbasov iddia edir ki, ona təxminən 700-1000 manat civarında ziyan dəyib.BAKU.WS

Oxşar xəbərlər

Taksi “Qaraçuxur”da çuxura düşdü

Taksi “Qaraçuxur”da çuxura düşdü

Bu gün saat 07:50 radələrində Bakının “Qaraçaxur” qəsəbəsi, İlqar Musayev küçəsində taksi xidmətinə məxsus avtomobilin iştirakı ilə qəza baş verib.Modern.az-ın...

2190 Hadisə 11:46 12 noyabr 2018

Son xəbərlər