Bakıda baş verən partlayışda yaralanan şəxsin adı bilindi
27
yan
2018
11:00
Bakıda baş verən partlayışda xəsarət alan şəxsin adı məlum olub.BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən həmin şəxs 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudovdur. Onun vəziyyəti ağır qiymətləndirilir.“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında partlayışın baş verdiyi əraziyə gəlib.“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev “APA-Economics”ə bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur."Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və MTK-ya məxsus qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.BAKU.WS
Oxşar xəbərlər
Qazın təzyiqi niyə azalıb? – “Azəriqaz”dan açıqlama (VİDEO)
Üzü qışa doğru gedirik. Artıq havalar soyumağa başlayıb. Belə havalarda isə qaza tələbat artır. Tələbatın artması da öz növbəsində qazın təzyiqinə təsir göstəri...