SOCAR-AQŞ-dən daha bir uğur
SOCAR-AQŞ 11 saylı stasionar dəniz özülündən layihə dərinliyi 3190 m olan 345 saylı quyunun tikintisi işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl uğurla yekunlaşdırıb.
BAKU.WS-in SOCAR AQŞ-yə istinadla verdiyi məlumata görə, "Günəşli’’ yatağının dayaz sulu hissəsində qazılan quyunun faktiki dərinliyi 3203 metr təşkil edir.
Fasilə Lay Dəstəsinə (FLD) qazılan quyuya istismar kəmərı endirilib, sementlənib və kipliyi yoxlanılıb. Bu ilin 27 avqust tarixində quyu sifarişçiyə təhvil verilib.
Məlumat üçün qeyd edək ki, sifarişçi tərəfindən "Fasilə” Lay Dəstəsinə qazılan quyuların qazma ilə yekunlaşdırılması üçün ən azı 90 gün vaxt müəyyən edilsə də əməliyyatlarında yeni idarəetmə üsulları, yeni texnologiya, standartlar və yeni yanaşma tətbiq edən SOCAR-AQŞ sifarişçi tərəfindən təyin edilən müddəti xeyli qabaqlayır.
Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bakıda bəzi avtobusların marşrut xətti dəyişdirildi (SİYAHI)
Sabahdan "Baku-Bus”un yeni avtobusları istifadəyə veriləcək. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri...