Qazaxda yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb
03
okt
2021
15:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Daş Salahlı kəndində “MAN” markalı yük avtomobilinin yol kənarındakı dərəyə aşması barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS FHN-ə istinadən xəbər verir.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
İvanovkada “Opel” dəmir maneəyə çırpıldı, sürücü öldü
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun İvanovka kəndində “Opel” markalı minik avtomobilinin yol kəna...