İsmayıllıda avtomobil dərəyə aşdı, xəsarət alanlar var

23
may
2021
10:37
İsmayıllıda yol qəzası olub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun Namazgah kəndində “Mercedes” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Ucarda dəhşətli qəza: Üç nəfər öldü, iki nəfər yaralandı - YENİLƏNİB
Ucarda ağır yol qəzasında xəsarət alanların və ölənlərdən birinin şəxsiyyəti məlum olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar - Bakı şəhər s...
