İsmayıllıda yük avtomobili hasara çırpılıb, 1 nəfər xəsarət alıb

İsmayıllıda yük avtomobili hasara çırpılıb, 1 nəfər xəsarət alıb
Hadisə 88

İsmayıllıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən İsmayıllı rayonunda “JAC” markalı yük avtomobili yol kənarındakı hasara çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər

“Shachman” beton plitəyə çırpıldı, sürücü ölümdən döndü

“Shachman” beton plitəyə çırpıldı, sürücü ölümdən döndü

Siyəzən rayonunun Yenikənd kəndində “Shachman” markalı yük avtomobili yol kənarındakı beton plitəyə çırpılıb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...

98 Hadisə 10:25 07 mart 2020

Son xəbərlər