Qaxda yol qəzası - Ölən və yaralanan var
Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, rayon sakini Seyfəddin Əhmədov taksi xidməti göstərdiyi "VAZ-21015" markalı avomobillə Zaqatala rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və maneəyə çırpılıb.
S. Əhmədov və müştəri qismində daşıdığı sərnişini xəstəxanaya çatdırılsa da, sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının və şahidlərin bildirdiyinə əsasən hadisəyə səbəb xəstəlikdən əziyyət çəkən S. Əhmədovun səhhətinin qəflətən pisləşməsi ehtimal edilir.
"Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar bu qəbildən olan hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.
Belə hallarla mübarizədə yaxın ətrafın rolu olduqca əhəmiyyətlidir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Bakıda ər arvadının əlini qızdırılmış açarla yandırdı - TƏFƏRRÜAT
Xəzər Rayon Məhkəməsində əzab vermədə təqsirləndirilən Əşrəf İmanzadənin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. BAKU.WS Pravda....