Qaradağda evdən 7500 manatlıq qızıl oğurlanıb

Qaradağda evdən 7500 manatlıq qızıl oğurlanıb
Hadisə 53

Bakının Qaradağ rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də rayon ərazisindəki evlərin birindən 7500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Soltanov saxlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər