Qapısı açıq idarə olunan avtobuslar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda fəaliyyət göstərən marşrut xətlərindən daha biri barədə redaksiyamıza şikayət daxil olub.
BAKU.WS xəbər verir ki, Biləcəri qəsəbəsi - “Təfəkkür” universiteti istiqamətində hərəkət edən 83 nömrəli avtobusun sürücüləri qaydaları kobud surətdə pozurlar.
83 saylı marşrutun sürücüləri qapıları açıq vəziyyətdə avtobusu idarə edərək həm özləri, həm də sərnişinləri təhlükəyə atırlar.
Avtobuslarda kondisioner sisteminin olmaması səbəbindən sürücülərin qapıları açıq saxlaması bir tərəfdən çıxış yolu kimi görünsə də, digər tərəfdən sərnişinlər üçün təhlükə mənbəyinə çevrilir.
Sakinlər həmçinin 83 saylı marşrutla hərəkət edən avtobusların azlığından və köhnə olmasından şikayət edirlər. Avtobusların sayının az olması sərnişinlərin uzun müddət onu gözləməsi və ya avtobusda olarkən sürətlə hərəkət etməsi ilə nəticələnir.
Oxşar xəbərlər
Sərnişinlər "Bakubus"ın sürücüsünü təhqir etdilər (VİDEO)
İctimai nəqliyyatın təhlükəsiz və rahat fəaliyyətini təmin etmək üçün vacib olan şərtlərdən biri də bu xidmətdən istifadə edən sərnişinlərin qoyulan tələblərə v...