“BakuBus” sərnişini öz həyatını təhlükəyə atdı - VİDEO

“BakuBus” sərnişini öz həyatını təhlükəyə atdı - VİDEO
Video
Hadisə 3837

 

"BakuBus” fəaliyyətə başladığı ilk gündən etibarən sərnişindaşıma xidmətinin daha səmərəli və effektiv həyata keçirilməsi üçün sərnişinlər arasında ictimai nəqliyyatdan istifadə zamanı təhlükəsizlik və davaranış qaydaları ilə bağlı müxtəlif maariflənirici tədbirlər həyata keçirir.

Avtobusların salonunda isə gün ərzində bu xidmətdən istifadə edən sərnişinlərə ictimai nəqliyyatdan istifadə zamanı təhlükəsizlik və davranış qaydaları səsli olaraq çatdırılmaqdadır.

Ancaq təəssüf ki, bəzi sərnişinlər hələ də bu qaydalara əməl etmək istəmir və özləri ilə yanaşı digər sərnişinlərin də həyatını təhlükəyə atmağa davam edirlər.

Aprelin 28-i səhər saatlarında şəhərin mərkəzi küçələrinin birində "BakuBus” avtobusundan istifadə edən sərnişini qaydalara zidd hərəkəti növbəti hadisələrdən biridir.

Təqdim olunan videogörüntüdə, cavan oğlan digər nəqliyyat vasitəəri kimi avtobusun da svetaforda saxlamasını qəbul etməyərək avtobusun qapısını açamağa çalışır və ancaq fövqəladə hadisələr zamanı sərnişinlərin təxliyyə edilməsi üçün nəzərdə tutlmuş vasitədən istifadə edərək avtobusun qapısını açıb yolun ortasında düşür. Bu hərəkətləri ilə ictimai nəqliyyatda təhlükəsizlik qaydalarını pozan sərnişin öz həyatını təhlükəyə ataraq yolun ortasında, nəqliyyatın gur olduğu yerdə atobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün də təhlükə yartmış olur . Təssüf ki onun bu hərəkətərinə etiraz etməli olan sərnişinlərdən bəziləri ona haqq qazandırmağa çalışır və hətta onun arxasınca avtobusdan düşürlər.

"BakuBus”ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev "EcoFin”-ə açıqlamasında bildirib ki,bir daha ictimai nəqliyyatdan istifadə edən sərnişinləri təhlükəsizlik qaydalarına əməl etməyə və öz həyatları ilə yanaşı yol hərəkətinin digər iştirakçıları üçün təhlükə yaratmamağa çağırırıq. "Sərnişinlərimizdən ictimai nəqliyyatda bu cür hərəkətlərə yol verən sərnişinlərə qarşı elə yerindəcə düzgün münasibət ortaya qoymalarını, onları bu təhlükəli əməllərindən çəkindirmək üçün ictimai qınaq yaratmalarını xaiş edirik.”

M. Piriyev onu da qeyd edib ki, "Nəqliyyat sahəsində kefiyyətli xidməti şərtləndirən əsas amil təhlükəsizlik və sərnişinlərin mənzil başına sağ-salamaq çatdırılmasıdır. Təbii ki, xidmətin təhlükəsiz həyata keçirilməsi üçün sərnişinlərin də qaydalara əməl etmələri vacibdir.”

BAKU.WS

Oxşar xəbərlər

“BakuBus”dan sərnişinlərə müraciət (FOTO)

“BakuBus”dan sərnişinlərə müraciət (FOTO)

"Son günlər "BakuBus” avtobuslarının salonunda və qapılarda yerləşdirilmiş məlumat xarakterli nişanlar, maarifləndirici lövhələr bəzi sərnişinlər tərəfindən sök...

2058 Sosial 16:59 01 may 2017

Son xəbərlər