“BakuBus”dan sərnişinlərə müraciət (FOTO)

“BakuBus”dan sərnişinlərə müraciət (FOTO)
Sosial 2058

 

"Son günlər "BakuBus” avtobuslarının salonunda və qapılarda yerləşdirilmiş məlumat xarakterli nişanlar, maarifləndirici lövhələr bəzi sərnişinlər tərəfindən sökülür".

Bu barədə APA-ya "BakuBus”ın mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunur ki, bu kimi hallara yol verməklə qanunun tələblərini pozan sərnişinlər mənfi  hərəkətlərdən çəkinməlidir: "Bildiririk ki, ölkə qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan istifadə zamanı yol verilən bu kimi hərəkətlər  həmin sərnişinlər üçün əlavə məsuliyyət yaradır. Belə ki, Nazirlər Kabinetinin 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, sərnişinlərə avtonəqliyyat vasitəsini və onun avadanlığını zədələmək, salonunu zibilləmək və digər bu kimi mənfi hərəkətlərə yol vermək qadağandır. Eyni zamanda, sərnişin bu qaydaların tələblərinin pozulmasına, habelə daşıyıcıya, və ya avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının digər iştirakçılarına vurduğu maddi ziyana görə məsuliyyət daşıyır.

"Bununla yanaşı, "BakuBus” həmin şəxslərin aşkar olunaraq hadisəni törətdikləri andakı videogörüntülərinin yayılması , qanunsuz hərəkətlərinin ictimailəşdirilməsi və onların bu əməlinə  qarşı ictimai qınağın formalaşdırılması hüququnu özündə saxlayır.

Hazırda avtobuslarımızda quraşdırılmış maarifləndirici lövhələrə və nişanlara  yetirilmiş hər bir zədə faktı ilə bağlı araşdırılma aparılmaqdadır və yaxın günlərdə  araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Bu kimi halları müşahidə edən sərnişinlərimizdən bu cür arzuolunmas hərəkətlərə biganə qalmamalarını, elə yerindəcə hadisəyə öz vətəndaş mövqeyini, münasibətlərini bildirmələrini və  zərər yetirən şəxsin daha tez aşakar olunası üçün  dərhal *4242 qaynar xəttinə zəng edib məlumat vermələrini xahiş edirik”.

BAKU.WS

Oxşar xəbərlər

Dövlət Yol Polisi qanunsuz sərnişin daşıyanlara qarşı hərəkətə keçir

Dövlət Yol Polisi qanunsuz sərnişin daşıyanlara qarşı hərəkətə keçir

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib. Müraciətdə bildiri...

1344 Hadisə 14:51 10 aprel 2017

Son xəbərlər