"Qanuni oğru" Azərbaycana təhvil verildi
23
sen
2016
16:00
Rusiyada qətl və digər cinayətlər törətməkdə təqsirləndirilən Elmir Məmmədov Azərbaycana təhvil verilib.
APA-nın məlumatına görə, E.Məmmədovun cinayət işi üzrə Rusiyada keçirilən məhkəmənin hökmü ilə 21 il müddətinə azadlıqdan məhrum edilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onun cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsinə dair məhkəmə prosesi başlayıb. Növbəti proses sentyabrın 30-da keçiriləcək.
Onu da qeyd edək ki, E.Məmmədov kriminal aləmdə "Siqan" ləqəbi ilə tanınır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadını stəkanla öldürənlərə 39 il həbs verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsal İsayev və Şəmsi Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Rep...