Qadın sürücü avtomobili aşırdı, oğul və ana öldü
23
dek
2019
14:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 21-də saat 16 radələrində Salyan şəhəri ərazisində Şirvan şəhər sakini Təranə Hacıyeva idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.
Nəticədə sürücü və sərnişinləri olan oğlu Ələsgər, qızı Şükriyyə və Salyan şəhər sakini olan qohumu Zenfira Məmmədova xəstəxanaya yerləşdirilib.
Z.Məmmədova, T.Hacıyeva və Ələsgər orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda ailə faciəsi - 3 nəfər öldü - FOTO
Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kəndi ərazisində qeydə alınıb. "...