Qadın bıçaqla Hüseynin evinə hücum edib

Qadın bıçaqla Hüseynin evinə hücum edib
Hadisə 508

Tanınmış bloger Hüseyn Həsənovu Bakıda bir qadın ölümlə hədələyib.

BAKU.WS xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

Hüseyn gecə saatlarında qadının əlində bıçaqla evinin qapısını döydüyünü bidirib.

Daha sonra isə bloger polis çağırıb:

"Aylardır ki, bir qadın mənə instaqramda yazır. Onu başa düşə bilmirəm. Bu gün isə evimə bıçaqla gəldi.

Onun həyatını məhv etməmək üçün üzünü örtməyə qərar verdim. Mənə deyir ki, sən özünə qız tapa bilmirsən, çünki sənin ruhun hələ də mənə bağlıdır. O, məndən başqa birini tapmağımı tələb edir və əgər bunu etməsəm, məni öldürməklə hədələyir. Mən onun kim olduğunu bilmirəm və bu uşaqlar üçün çox qorxuram, çünki bütün bunları görmək məcburiyyətində qalırlar. Əgər bunu onun qohumlarından biri oxuyursa və kim olduğunu başa düşürsə, zəhmət olmazsa, onu klinikaya göndərin. Ona kömək lazımdır".

Oxşar xəbərlər

Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

Suraxanı rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə BAKU.WS-ə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, m...

150 Hadisə 09:57 21 mart 2026

Son xəbərlər