Prokurorluq Ağstafada baş verən qətllə bağlı məlumat yayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 12-si saat 23 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşfik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağstafa rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla 1986-cı il təvəllüdlü Sabir Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi 1981-ci il təvəllüdlü Yaşar Yusifovun sol döş qəfəsi nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı Müşvik Zeynalovun isə sol kürək nahiyəsinə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Sabir Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakı şəhər prokurorluğu təkzib edir
Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində qəsdən adam öldürmə cinayətinin iştirakçısı olmuş şəxslərin guya cinayət məsul...