Prokuror Karen Avanesyana 18 il həbs cəzası istəyib
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsində dövlət ittihamçısı ona 18 il həbs cəzası istəyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə Karen Avanesyanın növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə zamanı hadisə şahidlərinin ifadələri dinlənilib. Həmçinin istintaq zamanı Avanesyanın hadisə baş verdiyi ərazidə dindirildiyi kadrlar nümayiş etdirilib.
Çıxış edən dövlət ittihamçısı törətdiyi əməllərə görə Avanesyanın təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.
Oxşar xəbərlər
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Gəncə şəhərləri və Salyan rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar ol...