Prezident İlham Əliyev dəhşətli yanğının baş verdiyi əraziyə getdi
02
mar
2018
11:16
Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verən əraziyə gəlib.BAKU.WS xəbər verir ki, bu barədə “Report”un ərazidə olan əməkdaşı məlumat verir.Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. Yanğın söndürülüb. Yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) 24 nəfərin meyiti gətirilib. Daha üç nəfər isə tüstüdən zəhərlənib.BAKU.WS
Oxşar xəbərlər
Kəmaləddin Heydərov və Ramil Usubov onlarla insanın öldüyü DƏHŞƏTLİ YANĞININ BAŞ VERDİYİ ƏRAZİDƏ
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Q...