SON DƏQİQƏ: Bakıda Narkoloji Mərkəzdə güclü yanğın başlayıb: Ölən var (FOTO)
02
mar
2018
08:25
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verib. BAKU.WS-in FHN-ə istinadən verdiyi məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, eləcə də "təcili tibbi yardım" briqadaları cəlb olunub. Yanğın zamanı 1 nəfər ölüb. “Report” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, meyiti aşkar edilən şəxsin Mərkəzdə müalicə alan xəstələrdən biri olduğu və hazırda şəxsiyyətinin məlum olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var. Azərbaycan Baş Prokurorluğunun yüksək vəzifəli şəxsləri hadisə yerinə cəlb olunublar. BAKU.WS
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN - 30 nəfər təxliyə olundu
Bakıda yanğın hadisəsi qeydə alınıb.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli y...