Bakıda yaşayış binasındakı yanğında 15 sakin xilas, 20 nəfər isə təxliyə edilib (VİDEO)

Bakıda yaşayış binasındakı yanğında 15 sakin xilas, 20 nəfər isə təxliyə edilib (VİDEO)
Video
Hadisə 1864
FHN Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.BAKU.WS FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 42 p.m və 128 ədəd elektrik sayğacı yanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin xilas olunub, 20 nəfər təxliyə edilib.Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.BAKU.WS

Oxşar xəbərlər

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 35 nəfər təxliyyə edildi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 35 nəfər təxliyyə edildi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda ç...

915 Hadisə 09:19 17 may 2017

Son xəbərlər