Polislərin öldürülmə anı kameralara düşdü (VİDEO)

Bu gün gecə saatlarında Rusiyanın Həştərxan vilayətində qətl hadisəsi baş verib.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 00:27 naməlum şəxslər Həştərxan vilayətinin Lenin rayonunda yerləşən benzindoldurma stansiyasının «Magistral» mağazasında 2 polisi öz tabel silahları ilə öldürərək gizləniblər.
Hər iki asayiş keşikçisi elə yerindəcə keçinib.
Polislərin ölümündə şübhəli bilinən şəxslərin idarə etdiyi «Qazel» daha sonra şəhərin bir neçə km kənarda tapılıb.
Cinayətdə şübhəli bilinən 8 nəfər axtarışa verilib. Həştərxan əyalətinin qubernatoru Aleksandr Jilkin bu gün faktla əlaqədar olaraq xüsusi antiterror komitəsi toplayıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda mağazadan 2 min manatlıq siqaret oğurladılar
Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən mar...
