Bu şəxs mağazadan 8 min manatlıq kosmetika məhsulları və pul oğurlayıb

Bu şəxs mağazadan 8 min manatlıq kosmetika məhsulları və pul oğurlayıb
Hadisə 2917

 

Siyəzən rayonunda oğurluq hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev küçəsində yerləşən parfumeriya mağazasında qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər İlkin Novruzova məxsus parfumeriya mağazasına daxil olaraq oradan 8 000 manatlıq kosmetika məhsulları və 270 manat pul oğurlayaraq qaçıblar. Zərərçəkən dərhal Siyəzən Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib. 

İ.Novruzovun müraciəti əsasında əməliyyat-axtarış tədbirlərinə başalayan Siyəzən RPŞ-nin əməkdaşları oğurluqda şübhəli bilinən rayon sakinləri - 23 yaşlı Aqşin Salayev və 22 yaşlı Ravin Səmədov tutulub. 

Faktla bağlı Siyəzən RPŞ-də araşdırmalara başlanılıb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər