Polisə tabe olmayan "KamAZ" sürücüsü 20 sutka həbs edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Kamaz” markalı, 41-BA-269 dövlət qeydiyyat nişanlı yük avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının VI Taqımının əməkdaşları tərəfindən stasionar postda nəzarət qaydasında saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat daxil olub.
Məlumata görə, yoxlama zamanı sürücü V.Həsənovun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını bilərəkdən gizlətməsi, eyni zamanda nəqliyyat vasitəsinin üzərində 932 (doqquz yüz otuz iki) manat ödənilməyən cərimə borcunun olması aşkar olunduğundan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdiriləcəyi bildirildikdə o, polis işcisinin qanuni tələbinə əməl etməyərək ərazidən uzaqlaşıb.
Bir müddət sonra V.Həsənov başqa bir avtomobillə stasionar posta qayıdaraq taqımın inzibati binasında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək cərimələri ödəməyəcəyini bildirib.
Bu səbəbdən V.Həsənov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Vüsal Həsənov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Kirayə evə qadın gətirdi, ev sahibi polisə xəbər verdi və... - Dəhşətli qətlin təfərrüatı
Zaqatala rayonunda 2011-ci il fevralın 24-də öldürülmüş 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın qətlinin üstü 9 il sonra açılıb. BAKU.WS “teleqraf.com”a istina...