Polisə yalan məlumat verdi - öz maşınını hissələrə bölüb satdı

Polisə yalan məlumat verdi - öz maşınını hissələrə bölüb satdı
Hadisə 1377
Maşın qaçırılmamışdı, hissələrə bölünüb satılıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən “VAZ-21074” markalı avtomobilinin qaçırıldığını bildirib.Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinə başlanılıb. Araşdırmalar zamanı V.Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə doğrayaraq satması, habelə polisə yalan məlumat verməsi müəyyən edilib.Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən R.Dəmirovun həyətindən aşkar edilərək götürülüb.Araşdırma aparılır.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Saxta pulla alış-veriş edənlər saxlanıldı

Saxta pulla alış-veriş edənlər saxlanıldı

Göygöl rayonunda saxta pulla alış-veriş edən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə...

744 Hadisə 15:46 09 noyabr 2018

Son xəbərlər