Saxta pulla alış-veriş edənlər saxlanıldı

Saxta pulla alış-veriş edənlər saxlanıldı
Hadisə 739

Göygöl rayonunda saxta pulla alış-veriş edən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın işlədiyi aptekə gələn 2 nəfərin aldıqları dərmanların müqabilində 2 ədəd 100 manatlıq əskinas verdiklərini, sonradan həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.

Qadın həmin əskinasları polisə təqdim edib.

Məlumatla əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxta əskinasları verməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Səbuhi Quliyev, Qabil Məmmədov və Yusif Şükürov olduqları müəyyən edilib.

Şəxsi axtarış zamanı S.Quliyevdən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı

Qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı

Qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən...

734 Hadisə 15:32 09 noyabr 2018

Son xəbərlər