Polis və DTX birgə əməliyyat keçirdi

Polis və DTX birgə əməliyyat keçirdi
Hadisə 1276
 

Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Rayon Şöbəsi əməkdaşları birgə əməliyyat keçirib.

DİN-dən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində mayın 5-də rayonun Təngərüd və Vaqo kəndərindəki 5 evə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 365 ədəd dini təyinatlı ədəbiyyat və 13 ədəd CD aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər