Polis soyuducuda dörd kiloqram narkotik vasitə gizlədən şəxsləri saxladı
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
BAKU.WS xəbər verir ki, daxil olan məlumat əsasında Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 25 yaşlı Kübra Ağamirzəyeva və 29 yaşlı Natiq Adıgözəlov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar.
Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin götürülüb. K.Ağamirzəyevanın yaşadığı evə baxış zamanı isə əlavə olaraq dörd kiloqrama yaxın heroin və metamfetamin də aşkarlanıb.
Bu şəxslər ifadələrində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda binadan yıxılan 19 yaşlı qız SAĞDIR
Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız sağ qalıb. Hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən yaşayış komplekslərinin birində qeydə alınıb. 19 yaşlı Aysel...