Polis qaydaları pozan sürücüləri cərimələyib - FOTO

Polis qaydaları pozan sürücüləri cərimələyib - FOTO
Foto
Hadisə 56

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozmaqla digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olan sürücülərin müəyyən edilməsi məqsədilə profilaktik tədbirlər keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən nəzarət tədbirləri zamanı ikinci cərgədə, avtobus dayanacaqlarında, səkilərdə, eləcə də müəyyən olunmayan digər yerlərdə avtomobillərini saxlayan sürücülər aşkar edilib.

Onlarla izahedici söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər