Bakıda yol polisi reyd keçirdi, cərimələr yazdı - FOTO
Bu gün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt küçələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər keçirib.
BAKU.WS xəbər verir ki, “report”un əməkdaşı yol polisinin həyata keçirdiyi tədbirləri izləyib.
"20 Yanvar" və "Şamaxinka" kimi tanınan ərazidə aparılan tədbirlər zamanı müşahidə olunub ki, zolaqlar üzrə avtomobillərin düzgün cərgələnməməsi, avtobus duracaqlarında digər minik avtomobillərinin park edilməsi, taksilərin avtobus dayanacaqlarını zəbt etməsi, piyadaların yol-hərəkəti qaydasını pozaraq piyadalar üçün nəzərdə tutulmayan ərazilərdən keçməsi və ümumilikdə, nəqliyyat vasitələrinin dayanma-durma qaydalarına riayət etməməsi süni tıxacın yaranmasına səbəb olub.
DYP əməkdaşları qaydaları pozan hərəkət iştirakçılarını saxlayıb və onlarla hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub. Əksəriyyəti ilə maarifləndirici söhbətlər aparılıb, yol polisi sürücüləri dayanma-durma qaydalarına əməl etməyə çağırıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, çoxsaylı vətəndaşların müraciətləri əsasında hüquqazidd hərəkətlərin qarşısının alınması üçün BŞBPİ rəisinin imzası ilə əlavə tədbirlər planı təsdiq edilib:
"Bu tədbirlər çərçivəsində gündəlik olaraq əməkdaşlarımız tərəfindən kobud yol-hərəkət qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri davam etdirilir. Artıq polisin bütün qüvvələri səfərbər edilərək paytaxtın inzibati ərazisi tam nəzarətə götürülməklə xidmət təşkil edilir.
Təbii ki, hər 100 metrdən bir əməkdaşlarımız xidmət aparır. Giriş-çıxış və şimal tərəfdən qapı kimi qəbul edilən bu ərazidə yüksək səviyyədə hərəkət olmalıdır. Burada hərəkətin təşkili üçün həm də hər bir hərəkət iştirakçısının rolu və məsuliyyəti olmalıdır".
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtda ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mütəmadi olaraq tədbirlər görülür. Bu cür tədbirlər paytaxtın bütün rayonlarında davam etdirilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən yol patrul xidməti alayı nəzarətində olan bütün ərazilərdə dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizəni davam etdirir.
Qalereya
Oxşar xəbərlər
Goranboyda qayda pozan sürücülər məsuliyyətə cəlb edilib - FOTO
Qayda pozan sürücülər məsuliyyətə cəlb edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in yerli bürosuna verilən məlumata...