YPX II cərgə və dayanacağı zəbt edən sürücülərə qarşı reyd keçirdi - VİDEO

YPX II cərgə və dayanacağı zəbt edən sürücülərə qarşı reyd keçirdi  - VİDEO
Video
Hadisə 179

Paytaxtın küçə və prospektlərində dayanma durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu məqsədlə yol polisləri tərəfindən paytaxtın müxtəlif -nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, 2-ci cərgədə nəqliyyat vasitərini saxlayan sürücülərin maarifləndirilməsi məqsədi ilə reydlər təşkil edilib. Bakı şəhərinin müxtəlif nöqtələrində keçirilən reydlərdə avtobus dayanacaqlarının bir neçəsinin digər nəqliyyat vasitələri tərəfindən zəbt edildiyi aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin sürücülər, həmçinin, dayanma-durma qaydalarını kobud şəkildə pozan digər nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılmasını təmin edilib.

Qeyd edək ki, dayanma-durma qaydalarını pozan sürücülər küçə və prospektlərdə, ictimai nəqliyyat üçün ayrılmış zolaqları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə həmin ərazidə yaşayan, mənzil başına vaxtı-vaxtında çata bilməyən digər hərəkət iştirakçılarının narahatçılığına və haqlı narazılıqlarına səbəb olurlar.

"Bir daha sürücülərdən “Yol Hərəkəti Haqqında” qanunun tələbləri çərçivəsində yollarda hərəkətdə olan digər şəxslərin hüquqularının pozulmaması özlərinin isə inzibati məsuliyyətə cəlb olunmamaları üçün dayanma-durma qaydalarına düzgün əməl etmələri tələb olunur", - mətbuat xidmətindən bildirilib.

Son xəbərlər