DYP “Gelandewagen”lə “avtoş"luq edənləri axtarır - 12 toy, 42 sürücü...

DYP “Gelandewagen”lə “avtoşluq edənləri axtarır - 12 toy, 42 sürücü...
Hadisə 1678
Sosial şəbəkələrdə “Gelandewagen”lərdən ibarət toy karvanının Bakı yollarında hərəkəti iflic etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əsk etdirən görüntülər yayılıb. Kadrlardan görünür ki, “Galendawagen”lərdən ibarət kartej yolun bütün hərəkət zolaqlarını zəbt edərək sürücülərin hərəkətinə ciddi problem yaradıb.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzVision.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılır. DYP rəsmisi qeyd edib ki, həmin avtomobillərin sürücülərinin kimiyi müəyyən edildikdən sonra onlara qarşı lazımı cəza tədbirləri görüləcək. “Həmin görüntülərə baxmışıq. Orada 4 "Galendawagen"nin olduğu görünür. Ümumilikdə, həmin toy karvanında 11 avtomobil olub. Bu demək deyil ki, həmin toy karvanı yalnız "Galendawagen"lərdən ibarətdir. Görüntülər bizim kameralarımız tərəfində lentə alınıb. Həmin sürücülərin aşkar edilib, məsuliyyətə cəlb olunması istiqamətində işlər görülür.Qeyd edək ki, həmin toy karvanında iştirak edərək yol boyu qəza vəziyyəti yaradan sürücülər barəsində tərəfimizdən tədbirlər görüləcək”.- “Gelandewagen”lə qaydaları pozn sürücüləri hansı cəza gözləyir? Şərhlərdə qeyd olunur ki, onlara 40 manat cərimə tətbiq olunacaq. - Belə məlumatı yayan şəxsə sual vermək istəyirəm ki, siz hardan bilirsiniz ki, onlar 40 manat cərimə olunacaq? Yol boyu hərəkət qaydalarını pozanları niyə 40 manat cərimə etmək lazımdır? Araşdırmadan yazılan yazılar gülüncdür. Qeyd edim ki, toy karvanında iştirak edən sürücüləri nizam-intizamlı olmağa dəvət edirəm. Ailə quran bütün cütlüklərə xoşbəxtlik arzu edirəm, onların valideynlərinə gözaydınlığı verirəm. Eyni zamanda yol-hərəkəti qanunun tələblərini yerinə yetirməyin də vacib olduğunu diqqətə çatdırıram. Unutmayın ki, təhlükəsizliyin təmin edilməsində hər bir hərəkət iştirakçısı öz funksiyasını yerinə yetirməlidir. Təəssüf ki, bəzi mental xüsusiyyətlərimizlə bağlı təhlükəli vərdişlər hələ də mövcuddur. Bəziləri “ömürümüzdə bir dəfə toy edirik” deyərək öz hərəkətlərinə haq qazandırmağa çalışırlar. Əslində toy karvanlarında iştirak edənlər öz hərəkətləri ilə nümunə olmalıdırlar. Yol zolaqlarını bütöv formada tutmaq, sürət həddini aşağı seçmək, ara məsafəsini düzgün seçməmək, yol boyu səs siqanallarından istifadə edərək narahatlıq yaratmaq, işıqforun tələblərinə məhəl qoymamaq kimi xətaların hər biri yol hərəkəti qaydaları haqqında qanunun tələblərinin pozulması deməkdir. Kimliyindən aslı olmayraq həmin şəxslər məsuliyyətə cəlb olunurlar. Bundan başqa ictimai qınaq var. Bu, daha çox mentalitetimizlə bağlıdır. Hər kəs bilsin ki, yol hərəkətində şəxsi mənafe üstün tutula bilməz. Kimsə evlənirsə, xoşbəxt olsun. Yoxsa “mən ömrümdə bir dəfə ailə qururam” düşüncəsi ilə yol hərəkəti qaydalarını pozmaq olmaz. Bu gülünc haldır. 21-ci əsrdə belə hərəkətlərə yol vermək olmaz.Vafiq Əsədov Bakı şəhərində toy karvanlarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı daha bir faktı açıqlayıb:- Bakı şəhəri üzrə qurulmuş kameraların köməyi ilə bu il ərzində marşurut boyu 12 toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 42 sürücü aşkarlanıb. 12 müxtəlif toy karvanında 40-dan artıq sürücünün yol hərəkəti qaydalarını pozduğu tərəfimizdən aşkarlanıb və barələrində inzibati qaydada protokol tərtib edilib. Biz gözləmirik ki, kimsə belə halları çəkib yaysın və yaxud efirdə işıqlandırsın, daha sonra biz hərəkətə keçək. Hətta qaydaları pozan sürücülər arasında həbs edilənlər də var.BAKU.WS

Son xəbərlər