Bakıda "Galendawagen"lərdən ibarət toy karvanı hərəkəti iflic etdi - VİDEO

Bakıda Galendawagenlərdən ibarət toy karvanı hərəkəti iflic etdi - VİDEO
Video
Hadisə 3418
 

Bakıda növbəti dəfə toy karvanı yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, "Galendawagen"lərdən ibarət toy karvanı də yolun bütün hərəkət zolaqlarını zəbt edərək sürücülərin hərəkətinə ciddi problem yaradıb.

Sürət həddi 90 km/saat olan Ziya Bünyadov prospektində (Dərnəgül yolu) 20-30 km/saat sürətlə hərəkət edən toy karvanı uzun tıxacın yaranmasına səbəb olub.

Toy karvanı sürücülərin etirazına, yol istəməsinə baxmayaraq qanunsuz hərəkətlərini davam etdiriblər və yaratdıqları avtomobil karvanın hərəkətini lentə alıblar.

Qeyd edək ki, dəfələrlə şəhərdə bu cür özbaşınalıq edən toy karvanlarına qarşı reydlər keçirilib. Amma görünən budur ki, özbaşına sürücülərin cəzalandırılması bəzilərinə dərs olmur.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS

Oxşar xəbərlər

Ağdamda toy karvanı qəzaya düşdü - FOTO

Ağdamda toy karvanı qəzaya düşdü - FOTO

Ağdamda toy karvanında gedən maşınlardan biri qəza törədib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Sahil Dərgahovun idarə etdiyi "VAZ 2107” markalı, 10 UŞ 4...

2118 Hadisə 15:53 22 mart 2017

Son xəbərlər