Goranboyda qayda pozan sürücülər məsuliyyətə cəlb edilib - FOTO

Goranboyda qayda pozan sürücülər məsuliyyətə cəlb edilib - FOTO
Foto
Hadisə 44

Qayda pozan sürücülər məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in yerli bürosuna verilən məlumata görə Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Reyd zamanı müxtəlif rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

Oxşar xəbərlər

Polis Göygöl rayonunda reyd keçirib - FOTO

Polis Göygöl rayonunda reyd keçirib - FOTO

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun bir neçə küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi...

120 Hadisə 20:01 11 aprel 2021

Son xəbərlər