Dayanma-durma qaydalarını kobud şəkildə pozan sürücülər CƏRİMƏLƏNDİ - FOTO

Göygöl rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.
Dayanma-durma qaydalarını kobud şəkildə pozan 32 sürücü barəsində inzibati protokollar tərtib olunub.

Oxşar xəbərlər
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub - FOTO
Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaq...
