Polis "Bəy hamamı"nda əməliyyat keçirdi - ANBAAN VİDEO

Polis Bəy hamamında əməliyyat keçirdi - ANBAAN VİDEO
Foto Video
Hadisə 35610

Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştəriləri Polis Şöbəsinə gətiriblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.

Obyekt sahibi Adil Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib.

SPA mərkəzində işləyən A.Ağamalıyeva, A.Əliyevanın hər birinin barəsində 200 manat miqdarında, müştərilər - Ceyhun Məmmədli, Elşən Tağıyev, Ələddin Alıyev, Azər Verdiyev və Orxan Abbasovun hər birinin barəsində isə 300 manat miqdarında protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.

Son xəbərlər