Polis gizli keçirilən toy çadırına basqın etdi - ANBAAN VİDEO

Polis gizli keçirilən toy çadırına basqın etdi - ANBAAN VİDEO
Foto Video
Hadisə 998

Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayonun İbrahimhacılı kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub.

31 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Davam etdirilən tədbirlərlə rayon ərazisində də karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi aşkar edilib. RPŞ əməkdaşları dərhal həmin yerə gələrək mərasim iştirakçılarının qanunla müəyyən edilmiş qaydada RPŞ-yə gətirib.

Rayon Polis şöbəsində həmin şəxslərə bir daha koronavirus infeksiyası barədə məlumat verilərək bu tip addımlarla həm özlərinin, həm də digərlərinin həyatlarının təhlükəyə atılması xatırladılıb. Bununla bərabər mərasim iştirakçıları barədə inzibati tədbir görülüb.

Daha bir toy mərasimi isə rayonun Qədirli kəndində aşkar edilib. RPŞ əməkdaşları həmin mərasim barədə də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib.

Oxşar xəbərlər

Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb

Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb

Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə?...

107 Hadisə 12:07 15 mart 2021

Son xəbərlər