PKK polisə hücum etdi: 5 ölü, 4 yaralı
01
avq
2016
20:45
Türkiyənin Bingöl şəhərində terror aktı törədilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 18:45-də Bingöl-Muş avtomobil yolunda xüsusi təyinatlı polisləri daşıyan zirehli avtomobilin keçidi sırasında PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğu işə salınıb. Nəticədə 5 polis əməkdaşı ölüb, 4-ü yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Yaralanan polislər xəstəxanalara çatdırılıb. Terrorçuların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
BAKU.WS
Oxşar xəbərlər
İŞİD Azərbaycana hücum hazırlayır
Türkiyə kəşfiyyatı Atatürk Hava Limanında baş verən terror hadisəsindən sonra yenidən dünyanın gündəmini zəbt edən İŞİD haqqında məlumatlar əldə edib. Bu sənədd...