Pivə süzərkən faciəvi şəkildə öldü
01
avq
2022
11:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, "Xaçmaz Mexanizasiya Nəqliyyat" ASC-nin ərazisində yerləşən kafedə işləyən Xəlilov Seyidəmir Elnur oğlu pivə aparatından qədəhə içki süzərkən ölüb.
Məlum olub ki, gənc oğlan elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Bildirilib ki, həmin kafeni Seyidəmir Xəlilovun dayısı ASC-dən icarəyə götürərək işlədirmiş.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
“Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb
Avqustun 14-ü saat 11 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon proku...