Paytaxtın bu ərazisində suyun verilişi dayandırılıb - AÇIQLAMA

Bakının Yasamal rayonu ərazisində içməli suyun verilişi dayandırılıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı redaksiyamıza vətəndaşlar tərəfindən müraciət olunub. Bildirilib ki, səhər saatlarından suyun verilişi dayandırılıb.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "oxu.az"-a bildirib ki, sözügedən ərazidən keçən su borusunda qəza baş verib:
"Rayonun Yeni Yasamal yaşayış massivindən keçən su borusunda qəza baş verib. Sakinlərin müraciəti əsasında əraziyə dərhal qurumun qəza xidmətinin əməkdaşları cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbir görülür.
Mövcud vəziyyətlə əlaqədar Yasamal rayonu ərazisində içməli suyun verilişi dayandırılıb. Təxminən iki saat ərzində problem tam olaraq aradan qaldırılacaq. Əraziyə içməli suyun verilişi bərpa olunacaq".
Oxşar xəbərlər
Bakıda maşının çuxura düşməsilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO
Dünən axşam Babək prospektində avtomobilin çuxura düşməsilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinn rəhb...
