Özünü qatarın altına atıb öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Bir nəfər naməlum şəxs özünü dəmir yolu relslərinin üzərinə ataraq intihar edib.
BAKU.WS xəbər verir ki, hadisə bu gün saat 11:50 radələrində qeydə alınıb. Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.
Bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman naməlum şəxs dəmir yolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə aidiyyəti üzrə araşdırılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...