“Özüm də bilmirəm nətər girdim” – Gülərək danışan oğru – VİDEO

“Özüm də bilmirəm nətər girdim” – Gülərək danışan oğru – VİDEO
Video
Hadisə 2329
Yanvarın 14-də Göygöl Rayon Polis Şöbəsinə müraciət edən Üçtəpə kənd sakini Elfaq İsayev evindən oğurluq edildiyi ilə bağlı məlumat verib.ARB TV xəbər verir ki, hadisə yerinə baxış keçirən polis əməkdaşları oradan 7 min 900 manat nəğd pulun götürüldüyünü müəyyən ediblər.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti zərəçəkmişin uzaq qohumu və qonşusu olan Elfaq İsayevin törədildiyi yönündə şübhələr yaranıb. O, Bakıda saxlanılaraq istintaqa təhvil verilib. İsayev əvvəllər Rusiya Federasiyasında Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhbusluq həyatı yaşayıb.İlqar Əhədov – müstəntiq: “İsayev Elfaq Çapay oğlu Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham olunub. Hazırda onun ətrafında axtarış tədbirləri həyata keçirilir. Saxlanılan şəxsin digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır”.Elfaq İsayev oğurluq hadisəsini törədərkən spirtli içinin təsiri altında olduğunu bildirib.Elfaq İsayev – saxlanılan şəxs: “Qonşumuz Muxtarın evinə girdim, 7 min 800 manat pul götürdüm. Heç özüm də bilmirəm nətər girdim, yadımda deyil. Aparıdım həmin puluda Bakıda xərclədim. Tutduğum əməldən də peşimanam”.Elfaq İsayevin cinayət əməli sübüta yetirilərsə, onu 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər