Ötən il 535 nəfər özünü asıb
"Ötən illərlə müqayisədə keçən il Azərbaycanda intihar halları cüzi də olsa artıb”. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova mərkəzdə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
K. Talıbovanın sözlərinə görə, 2013-cü ildə bu göstərici 415 idisə, 2015-ci ildə bu rəqəm 535 nəfər olub: ”Təbii ki, statistikadan kənar qalan faktlar da olur. Bura cinayət faktorları aiddir".
Uşaqlar arasında intihar hallarının statistik göstəricilərinə toxunan şöbə müdiri əlavə edib ki, 2013-cü ildə bu rəqəm 18 idisə, keçən il bu say 29 olub. K. Talıbova onu da qeyd edib ki, intihara cəhd halları qadınlar arasında üstünlük təşkil edir.
Şöbə müdiri bildirib ki, gələcəkdə mərkəzin nəzdində Suisidoloji mərkəzin yaradılması nəzərdə tutulur. Burada intihara cəhd halları və səbəbləri araşdırılacaq. "Danılmaz faktdır ki, bu gün Azərbaycanda intiharlarla bağlı problemlər yaşanır. Lakin inkişaf edən ölkələrlə müqayisədə Azərbaycan geridə qalır. İntihar hallarına bütün yaş qruplarında rast gəlinsə də, əsas yaş həddi 18-35-dir. Təbii ki, səbəblər də müxtəlifdir. Bura psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, insanlarda ruh keçidinin, genetik problemlərin olması aiddir".
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda aliment ödəməyən atalar həbs olunur
Azərbaycanda alimentin ödənilməsindən yayınmaya görə inzibatı məsuliyyətə cəlb edilən və həbs olunan şəxslərin sayı artıb. BAKU.WS xəbər verir ki, bunu Trend-...