Ordumuzun əsgəri faciəli şəkildə həlak oldu

Ordumuzun əsgəri faciəli şəkildə həlak oldu
Hadisə 251

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində (ildırım vurması) vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

***

Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb.

BAKU.WS xəbər verir ki, yaxınlarının lent.az-a verdikləri məlumata görə, hadisə Daşkəsəndə qeydə alınıb.

20 yaşlı hərbi qulluqçu Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Son xəbərlər