Hərbçimiz vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
BAKU.WS xəbər verir ki, Müdafiə Nazirliyi Xəzər TV-yə Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun vəfat etməsi barədə məlumatı təsdiq edib.
“Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun “tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən” vəfat etməsi barədə məlumatı təsdiq edirik.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun mayoru vəfat edib - RƏSMİ
Azərbaycan Ordusunun mayoru vəfat edib. Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. "Noyabrın 17-də səhər saatlarında Azərbaycan Or...
