Azərbaycan Ordusunun hərbi qulluqçusu qəzada həlak olub - RƏSMİ - YENİLƏNİB

Avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb.
Bu barədə BAKU.WS-ə DİN-dən məlumat verilib.
Bildirilir ki, nəticədə sürücü hadisə yerində ölüb.
Araşdırma aparılır.
*** 09:45
Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.Allah rəhmət eləsin!

Oxşar xəbərlər
Hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Azərbaycan Ordusunun hərbçisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən...