Oğlunu qurtarmaq istədi, özü də boğuldu - Kürdəki faciənin TƏFƏRRÜATI
Hacıqabulda Kür çayında ata-oğulun boğulmasının təfərrüatı məlum olub.
BAKU.WS xəbər verir ki, "Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Talış kəndi ərazisindən keçən Kür çayında qeydə alınıb.
Belə ki, 43 yaşlı Bəxtiyar Ağavəlizadə Ağavəli oğlu sərinləmək üçün iki oğlu ilə birgə kəndin ərazisindən keçən Kür çayına gedib. Çayda çimərkən oğlanlarından biri -15 yaşlı Fərid Bəxtiyar oğlu Qəhrəmanovun boğulduğunu görüb və ona kömək etmək istəyib.
Ata oğlunu xilas etməyə çalışsa da oğlu ilə birlikdə boğulub. Atanın digər oğlu isə hadisə ilə bağlı yaxınlarına məlumat verib. Hazırda FHN-nin Salyan məntəqəsinin dalğıc-xilasediciləri meyitlərin tapılması istiqamətində axtarışlarını davam etdirirlər.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda yeni tanış olan cütlük dənizdə boğuldu (FOTO)
2 gün əvvəl Xəzər dənizinin Suraxanı rayonuna düşən sahilində - Hövsandakı çimərlikdə suda boğulan 21 yaşlı Hüseyn Rəhimovla bağlı bəzi məqamlar üzə çıxıb. BAK...